Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
31 Oct
Ünvan
Bakı şəjəri
Müraciət et

Ümumi məlumat

OBA Marketlər şəbəkəsi "Operativ Nəzarət üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!

Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Operativ Nəzarət üzrə mütəxəssis” qeyd edərək  cv@oba.az  elektron poçt ünvanına göndərə bilər yaxud qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər.



Öhdəliklər

·        Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları mütamadi olaraq operativ yoxlamaq

·        Mağaza əməkdaşı tərəfindən törədilən hər hansı neqativ halları aşkar edərək, birbaşa rəhbərinin təlimatı üzrə tədbir görmək

·        Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün prosesləri izləmək (İnkassasiya və kassa əməliyyatları , mal qəbulu, transfer və digər icra olunmalı tədbirlər.)

·        Təhkim olunmuş ərazi üzrə mağazalarda “Check list” aparmaq

·        Mağazada operativ yoxlama apararkən hər hansı bir neqativ hal aşkar edildiyində məsul şəxs  və ya şəxslərin izahatının alınması  

·        Mağazalarda seyf və pos kassaların inventarizasiyasını həyata keçirmək.

·        Ehtiyac olduğu təqdirdə obyektlərin təlimata və tələblərə uyğun mühafizəsinin təmin olunması üçün ehtiyaclarını müəyyən etmək və nöqsanların aradan qaldırılması istiqamətində aidiyyatı struktura məlumat vermək.



Tələblər

·        Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə təhsil üstünlükdür.)

·        Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;

·        İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi;

·        Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə);

·        Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili üstünlükdür

·        Şəxsi maşını olmalı ( B kateqoriyalı sürücülük vəsiqəsi)

·        Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;



Bənzər vakansiyalar

Azure Business
10 Oct

- Korporativ nömrə

 

İş qrafiki:

- Şənbə və Bazar istirahət günləri