Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
31 Jul
Ünvan
Baki şəh, 8 Noyabr PR,15 Azure Business City
Müraciət et

Ümumi məlumat

OBA Marketlər şəbəkəsi "İnzibati işlər şöbə müdiri" vakansiyası üzrə işə qəbul elan edir!


Öhdəliklər

-        Şirkətin əsas inzibati binasının sanitariya və yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətinin lazımi vəziyyətini, eləcə də əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin etmək;                                                                                   

-        Təsərrüfat avadanlıqlarının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin etmək;

-        İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edilməsinə nəzarət etmək;                                                                              

-        Şirkətin (bina, su təchizatı sistemi, hava dəyişmə və digər avadanlıqların) əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və təsərrüfatın xərclər smetasının tərtibində iştirak etmək;

-        Müvafiq struktur bölmələri mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmininə , onların mühafizəsinə və vaxtında təmir olunmasına nəzarət etmək;

-        Şirkətin arxiv işinin aparılmasına və təşkilinə rəhbərlik etmək;

-        Sənədlərin formalaşdırılması, hazırlanması və arxivə təhvil verilmə qaydaları haqqında müəssisə, idarə və təşkilatların struktur bölmələrinin işçilərini təlimatlandırmaq və onlara lazımi metodiki yardım etmək;      

-        Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunun, qeydiyyatının, sistemləşdirilməsinin,  mühafizəsinin və istifadə olunmasının təmin edilməsinə nəzarət etmək;

-        Sənədlərin saxlanılma vəziyyətinə, vaxtlı-vaxtında onların təzələri ilə tərtib olunmasına və dəyişdirilməsinə, arxivin yerləşdiyi yerdə sənədlərin saxlanılmasını təmin edən şəraitin olmasına nəzarət etmək;                                                                           

Mədəni - kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək.                  


Tələblər

 
Namizədə dair tələblər:
 

-        Təhsil səviyyəsi: Ali;

-        İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

-        Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili: Yaxşı səviyyədə

-        Kompüter bilikləri: MS Office (Powerpoint, Word, Excel - Yaxşı səviyyədə);

-        Yaradıcı və təşəbbüskar olmaq, Komandada işləmək bacarığı, İdarəetmə bacarıqları.

 

Əlavə təminatlar:

-        Nahar;

-        Korporativ nömrə;

-        Servis xidməti;

-        Tibbi sığorta

-        Parkinq

-        Yanacaq kartı

 

İş qrafiki:

-        İş saatları 09:00 – 18:00;

-        Nahar fasiləsi: 13:00-14:00

-        Şənbə və Bazar istirahət günləri.



Bənzər vakansiyalar